Rusiyada müsəlman miqranta dəhşətli işgəncənin görüntüləri yayıldı- FOTO

0
502

“Bilin ki, əsl ruslar sizinlədir! Gəlin irqçilərin cəzalandırılmasına nail olaq!..”-Aleksey Kazak

“Cinayətkarlar azadlıqda gəzir və yeni qurbanlar axtarır: bu gün tacik, sabah qafqazlı –istənilən müsəlman…”
Sosial şəbəkələrdə Rusiyada gecənin qaranlığında bir neçə quduzlaşmış gəncin Tacikistandan olan mühacirə qarşı  terror etmələri barədə video-görüntülər  yayılıb.
Aydındır ki, irqçilər çəkilişə dərhal başlamayıblar. Bədbəxt insanı nə qədər döydüklərini yalnız təxmin etmək olar. Çünki videonun əvvəlində adam artıq yerdə uzanmış şəkildə toparlanııb, əlləri ilə başını qoruyur və üzünü örtür.  Videonu çəkərkən komandir tonu ilə danışanın hücum edənlər arasında ən yaşlı və onların lideri olduğu qənaətinə gəlmək olar. Eyni zamanda onun nitqi yalnız döyülmüş, müdafiəsiz şəxsə  alçaldıcı və nifrət dolu sözlərdən, habelə tacik xalqına qarşı təhqirlərdən ibarətdir. Terrorçulardan biri müsəlmana qarşı daş atdıqda, qrup lideri daşın təsadüfən onun başına dəyəcəyindən ehtiyatlanaraq bunun edilməməsi barədə xəbərdarlıq edir. Və əvəzində  bıçağını götürərək mühacirin budlarına bir neçə zərbə vurur. Lakin bu, ona  yetərli görünmür və tacik gəncin əllərini də bir neçə dəfə bıçaqlayır. Döyülmə zamanı təcavüzkarların böyüyü müsəlmana zərbələr vuran  digərlərini  tərifləyərək bunu kameraya çəkir…
Rusiyalı bloger Aleksey Kazak özünün “Facebook” səhifəsində paylaşdığı video-müraciətdə bəhs edilən səhnədən dəhşətə gəldiyini bildirib:
Salaməleykum!.. Bu terror, ümumiyyətlə, belə vəziyyətlərdə deyildiyi kimi,  məişət zəmininində baş vermir. Gənci tacik olduğu üçün  öldürürlər … Biz bilmirik ki, bu gənc ölüb, yoxsa qalıb. KİV həmişəki kimi susur… Cinayətkarlar azadlıqda gəzir və yeni qurbanlar axtarırlar: bu gün tacik, sabah qafqazlı –istənilən müsəlman. Bəs qıyıq gözlü və ya qara saçlı ruslar nə etsinlər? Üstlərinə yazıb vursunlar ki, mən rusam?..” 
 
“Taciklər! Bilin ki, əsl ruslar bu gün sizinlədir və bütün ruh və qəlbləriylə dərdinizə şərikdirlər. Gəlin, cəmiyyətin bu mövzuya susqunluğuna imkan verməyək! Qoy nasistlər qanunun bütün tələblərinə  uyğun olaraq cəzalandırılsın!.. Siz mənimləsinizmi?!. “– deyə rus bloger bəyan edir.