Rusiyada miqrantlarla bağlı YENİLİK

0
106

Rusiyada miqrantın rəqəmsal profili yaradıla bilər.

Bunu Rusiyanın Federal Millətlər Agentliyinin rəhbəri İqor Barinov bildirib.

“Cinayət keçmişi olan, radikal baxışlı insanların artıq ölkəmizin ərazisinə daxil ola bilməməsi üçün filtrlər işləməlidir”, – deyə o qeyd edib.

Barinov əlavə edib ki, sistem digər ölkələrdə işləyəcək ki, Rusiyaya gəlmək istəyən şəxs lazımi sənədləri doldursun və Rusiyanın davranış normaları və qanunları haqqında məlumat alsın.