Rusiyada “miqrant ovu” başladı: Bu qədər şəxs ölkədən çıxarıldı

0
98

Moskva polisi qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə reydlər keçirib. 

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.

Polis əməkdaşları Moskva şəhərində yaşayış sektorunda, topdan və pərakəndə ticarət, ictimai iaşə, tikinti və digər obyektlərdə 10 mindən çox obyektə baş çəkiblər.

Reyd zamanı 6 mindən çox miqrasiya qanunvericiliyinin pozulması faktı müəyyən edilib. Aşkar edilmiş pozuntular bunlardır: giriş qaydalarının, qalma qaydalarının, əmək fəaliyyətinin pozulması və s.

Bundan əlavə, davam edən tədbir çərçivəsində polis əməkdaşları tərəfindən axtarışda olan 22 nəfər müəyyən edilib. 836 əcnəbi vətəndaşın Rusiya Federasiyasından inzibati qaydada deportasiyası ilə bağlı qərar qəbul edilib. Həmçinin 192 cinayət işi ilkin olaraq başlanıb.

Bundan əvvəl, aprelin 1-də Rusiya Federasiyası Daxili İşlər Nazirliyi miqrantların ölkədə qalma müddətinin bir təqvim ili ərzində ümumilikdə 90 günə endirilməsini təklif etmişdi. Nazirlik həmçinin bütün əcnəbilərin Rusiyaya daxil olarkən barmaq izinin götürülməsi və fotosunun çəkilməsinə məcbur edilməsi təşəbbüsü ilə çıxış edib.