Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları məmurların və dövlət şirkətlərinin rəhbərlərinin pasportlarını əllərindən alırlar.
Təhlükəsizlik qüvvələri bununla da onların Rusiya hüdudlarından kənara çıxmasını nəzarət aItında saxlamağa çalışırlar.
Bu barədə Müharibənin Tədqiqi İnstitutunun analitikləri bildiriblər.
Onlar qeyd ediblər ki, Rusiya xüsusi xidmət orqanları yüksək vəzifəli məmurların, o cümlədən keçmiş məmurların, eləcə də dövlət şirkətlərinin rəhbərlərinin xaricə səfərlərinin qarşısını almaq istəyirlər.
Ekspertlərin fikrincə, Kreml Rusiya elitası nümayəndələrinin ölkədən qaçacağından ehtiyat edir. Belə ki, martın 10-da təhlükəsizlik qüvvələri dövlət məmurlarına və dövlət şirkətlərinin əməkdaşlarına pasportlarını təhvil verməyi əmr edib. Onlar etiraz edəcəkləri təqdirdə isə sənədlərinin zorla alınacağı və işdən çıxarılacaqları ilə hədələniblər.