Rusiyada koronavirusun yeni variantı aşkarlandı – İLK SİMPTOMLAR

0
83

Rusiyada FLiRT koronavirusunun böyük təhlükə yaratmayan yeni variantı müəyyən edilib.

Bu barədə Rospotrebnadzorun mətbuat xidməti məlumat yayıb.

“Bütün monitorinq dövründə 178 yeni FLiRT variantı müəyyən edilib, o cümlədən KP.2 (üç hal), KP.1.1 (beş hal), KS.1 (170 hal). Onların hamısı digər növlərindən daha böyük təhlükə yaratmır”, – deyə idarədən bildirilib.

Rospotrebnadzorun mətbuat xidməti qeyd edib ki, “Omicron” variantı hələ də bütün dünyada üstünlük təşkil edir. FLiRT-nin simptomlarının omikronun simptomlarına bənzəyib-bənzəmədiyi dəqiqləşdirilir. Simptomlara hərarət, öskürək, boğaz ağrısı, zəiflik, baş ağrısı, əzələ ağrısı, dad və ya qoxu itkisi daxildir.