
Rusiyanın Perm şəhərində “Stolitsa” ticarət və əyləncə kompleksinin yaxınlığında isti su borusu partlayıb.
Hadisə yerindən görüntülər “Perm № 1” “Telegram” kanalda dərc edilib.
Son məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, 2020-ci ilin 25 yanvar tarixində Rusiyanın Perm şəhərində hotellərin birində isti su borusunun partlaması nəticəsində beş nəfər həlak olmuşdu.