
Rusiyanın Kamçatka yarımadasında Ka-27 helikopteri ilə əlaqə kəsilib.
Bu barədə təcili yardım xidməti məlumat yayıb.
Bildirilir ki, helikopterin göyərtəsində 4 nəfər olub və təlim-məşq uçuşu yerinə yetirilib.
***
Rusiyada təlim uçuşu zamanı radarlardan itən Ka-27 tipli helikopter qəzaya uğrayıb. Rusiya Fövqəladə Hallar Nazirliyi helikopterin qalıqlarının tapılması üçün işlərə başlayacaq.