Rusiyada fevralın 1-dək keçid dövrü olacaq

0
368

Rusiyada koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində QR kodların tətbiqilə bağlı əhaliyə fevralın 1-dək vaxt verilib.

Müvafiq qanun layihəsi Dövlət Dumasına təqdim olunub.

Layihəyə əsasən, keçid dövrü adlandırılan bu müddət ərzində ictimai yerlərə, ticarət və iaşə obyektlərinə girişin həm PCR test, həm də QR-kod vasitəsilə olacağı bildirlib.

Qeyd edilən müddətdən sonra isə yalnız COVID peyvəndinə qarşı əksgöstərişi olanların PCR testlərinin keçərli olacağı, digərlərindən isə vaksinasiya və ya xəstəlik barədə sənədin tələb ediləcəyi vurğulanıb.