Sankt-Peterburqda polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
Polisin bu addımına səbəb etirazçıların saxlanılanları geri qaytarmaq istəyi olub. Bundan başqa polisin elektroşokdan da istifadə etdiyi bildirilir.
xxx
Moskvada icazəsiz aksiya zamanı saxlanılanların sayı artıb.
Məlumata görə, indiyə qədər hüquq-mühafizə orqanları 66 etirazçını saxlayıblar. Saxlanılanlar arasında məşhur jurnalist, hüquq müdaqfiəçisi Nikolay Svanidze də var.
Hökumətin verdiyi məlumata görə, Moskvadakı aksiyaya cəmi 300 nəfər gəlib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları səsgücləndiricilər vasitəsilə aksiya iştirakçılarını dağılışmağa səsləyirlər