Rusiyada ermənilərin bu suyunun satışı dayandırıldı: Təhlükəlidir

0
122

Rospotrebnadzor” təhlükəsizlik yoxlaması aparmaq üçün “Cermux” markalı mineral suyun müəyyən partiyalarının satışının müvəqqəti dayandırıldığını elan edib.

Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Qərar 2014-cü il fevralın 12-də Vladiqafqaz sakininin “Cermux” mineral suyunu içməsi nəticəsində qida borusunun yanması faktı ilə bağlı daxil olmuş məlumatla əlaqədar qəbul edilib.

Məhdudiyyətlər 28 dekabr 2023-cü il tarixindən istehsal edilmiş və 28 dekabr 2023-cü il tarixindən 12 fevral 2024-cü il tarixədək Rusiya bazarına verilən 0,5 litrlik şüşə butulkalara qablaşdırılan suya aiddir.

Bu məhsulların distribütorlarına müvafiq bildirişlər göndərilib. “Rospotrebnadzor” vurğulayıb ki, bu tədbirlər potensial təhlükəli məhsulun alınması risklərini minimuma endirməyə yönəlib.

Cəmilə