Rusiyada dollar və avro YENƏ BAHALAŞDI

0
12

Rusiya Mərkəzi Bankın martın 21-nə müəyyən etdiyi dollar və avronun rəsmi məzənnələri bir rubl yarımdan çox bahalaşıb.

Bu barədə tənzimləyici qurumun saytında məlumat verilib.

Dolların məzənnəsi 84,4 rubla, avro isə 92,46 rubla yüksəlib.

Ötən gün Rusiya Mərkəzi Bankı həm dolların, həm də avronun məzənnəsində əhəmiyyətli artım qeydə alıb. Dollar 1 rubl 35 qəpik bahalaşaraq 82 rubl 85 qəpiyə çatıb. Avro isə 3 rubl 26 qəpik bahalaşaraq 90 rubl 83 qəpiyə yüksəlib. Çin yuanı da möhkəmlənərək 21 qəpik artaraq 11 rubl 43 qəpiyə yüksəlib.