Rusiyada dizel yanacağı çaya töküldü, fövqəladə vəziyyət elan edildi

0
509

Rusiyanın Krasnoyarsk vilayətinin Kejemski rayonunda dizel yanacağı Anqara çayına tökülüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi məlumat yayıb:

“Anqara çayına neft məhsulu tökülməsi ilə əlaqədar Kejemski bölgəsi ərazisində fövqəladə vəziyyət tətbiq edilib”.

İlkin məlumata görə, Anqaraya təxminən 500 litr dizel yanacağı tökülüb.