Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən otellerdən birinin konfrans zalında təşkil olunan ölkənin 56 regionundan deputatlığa namizədlərin və tərəfdarlarının iştirak etdiyi toplantıya polis tərəfindən basqın edilib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Basqın nəticəsində 170 nəfər saxlanılıb.
Polis basqına səbəb kimi toplantının icazəsiz təşkil olunmasını və təşkilatçıların qanunsuz təşkilatlarla əlaqəsi olmasını göstərib.