Gecədə hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 31 pilotsuz uçan aparatın qarşısını alıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi özünün “Telegram” kanalında məlumat yayıb .
Qeyd edlib ki, Voronej vilayəti ərazisində 16 PUA, Belqorod vilayətində doqquz, Rostov vilayətində daha beş pilotsuz uçuş aparatı və Kursk vilayəti ərazisində bir pilotsuz uçuş aparatı məhv edilib.