“Formula 1” üzrə dünya çempionatının rəhbərliyi bundan sonra yarışları Rusiyada keçirmək fikrində deyil.
Bu barədə cümə günü “Formula 1”in icraçı direktoru Stefano Domenikali bildirib.
“Söz verirəm: Biz daha Rusiya Qran Prisinin rəhbərliyi ilə danışıqlar aparmayacağıq. Artıq yarış olmayacaq”, – Domenikali deyib.
Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar “Formula 1” rəhbərliyi Rusiya Qran Prisi ilə bağlı müqaviləyə xitam verib. 2014-cü ildən etibarən yarış Soçidə keçirilib. Rusiya Qran Prisi üçün müqavilə 2025-ci ilə qədər nəzərdə tutulmuşdu.