Rusiyada 80 minlik təlim: İran hərbi gəmiləri də gəldi…

0
400

Rusiyada Qafqaz-2020 hərbi təliminə start verilib.

Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Təlimdə təxminən 80 min nəfər hərbçinin iştirak edəcəyi, bunlardan 1000 nəfərinin xarici ölkələrin hərbçilərinin olduğu vurğulanıb.

Nəhəng təlimi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun idarə edəcəyi bildirilib.

Təlimə həmçinin Qara dəniz və Xəzər donanmaları, eləcə də İran hərbi gəmilərinin də cəlb ediləcəyi qeyd edilib.

Qeyd edək ki, Qafqaz-2020 təliminin müdafiəsini S-400, S-300 və Pantsir-S zenit raket kompleksləri təmin edəcək.

Rusiya Müdafiə Nazirliyi artıq 10 divizionun döyüş növbətçiliyə başladığını bildirib.