Rusiyada 50 il əvvəl qəzaya uğramış vertolyotun qalıqları tapıldı

0
605
Rusiyada 50 il əvvəl qəzaya uğramış Mi-6 vertolyotunun qalıqları Xantı – Mansiyk muxtar dairəsinin Açimov rayonu ərazisində aşkarlanıb.
Bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən məlumat yayıb. Qəzaya uğramış vertolyotun qalıqları Xantı – Mansiyk muxtar dairəsinin Surqut rayonunda uçuş keçirən helikopterin pilotları tərəfindən aşkar olunub və bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.
Hava hərəkətini idarəetmə mərkəzi və Ural Aviasiya Axtarış-Xilasetmə Mərkəzindən Rusiya Fövqəladə Hallar Nazirliyinə verilən məlumata görə, göstərilən ərazidə son 20 il ərzində təyyarələrin yox çıxması faktı qeydə alınmayıb. Həmçinin vertolyottun qalıq hissələri üzərindəki nişanlar köhnədir.
Regionun yerli hüquq-mühafizə orqanları bu qalıqların 1970-ci illərdə Uqredə qəzaya düşən vertolyota aid olduğunu ehtimal edirlər.
“Ola bilsin ki, bu, illər öncə bataqlığa düşüb və indi onun qalıqları üzə çıxıb”, – deyə hüquq-mühafizə orqanında çalışan mənbə bildirib.