Rusiya yenidən Kiyevə hücum etdi – VİDEO

0
199

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Rusiya ordusu Kiyev və qonşu vilayətləri yenidən kütləvi dron hücumlarına məruz qoyub.

“Kiyevdə 35 İran dronu Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib. Lakin Svyatoşin və Solomyansk rayonlarında yaşayış binasına ciddi ziyan dəyib. Ölən və yaralananların olduğu bildirilir”, – deyə jurnalist əlavə edib.

Məlumata görə, son iki gündə Donetsk vilayətinin Baxmut, Avdeyevka və digər şəhərlərinə 50-dən çox hücum cəhdi olub.

O da bildirilib ki, “Vaqner” hərbi şirkətinin geri çəkilmək bəyanatından sonra Rusiya ordusuna məxsus digər hərbi birləşmələr kütləvi şəkildə Donetsk istiqamətində cəmləşməyə başlayıb.