Rusiya yeni üzən tank yaradır

0
546

Rusiyada özüyeriyən tankvuran top “Sprut SDM1” əsasında  yeni yüngül üzən tank yaradılır.

Bu barədə MXKB (Maşınqayırmanın Xüsusi Konstruktor Bürosu) ASC-nin baş konstruktoru Sergey Abdulov deyib.

“Yeni maşın “Sprut”dan fərqli olaraq gücləndirilmiş müdafiə sistemi və fərqli hərəkət hissəsi isə təchiz olunacaq. Lakin maşında əvvəlki silah saxlanılacaq”, – deyə konstruktor bildirib.

Lakin o, yeni layihənin adını açıqlamayıb.

Qeyd edək ki, özüyeriyən tankvuran top “Sprut SDM1” 125 mm kalibrli yivsiz lüləli 2А75М ilə təchiz olunub.