Rusiya yeni nəsil “Armata” tanklarının ixracına başlayır

0
299

Rusiyanın yeni nəsil “Armata” tankları ixrac pasportu alıb, yaxın vaxtlarda ilk dəfə xaricdə təqdim olunacaq.

“T-14 “Armata” tankı üçün reklam pasportu qeydə alındı və yaxın gələcəkdə xaricdə debütünü görəcəksiniz”, – deyə qurumdan bildirilib.

Qeyd edək ki, indiyə qədər “Armata” layihəsi tam məxfi hesab edilirdi. Bu tanklar ilk növbədə Rusiya ordusunun silahlanması üçün nəzərdə tutulub. 2019-cu ildə istehsalçı “Uralvaqonzavod” ordu üçün 52 ədədlik sifariş aldığını bildirib.

Tankın yüksək istehsal xərcləri (4-5 mln dollar) onun ixraca çıxarılmasını sürətləndirib.