Rusiyanın Yaxın Şərqdən getməsindən danışmaq mümkün deyil.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransı zamanı deyib.
“Biz Yaxın Şərqi tərk etmirik”, -deyə o bildirib.
Lavrov vurğulayıb ki, Moskva və Tehranın imzalayacağı hərtərəfli tərəfdaşlıq sazişi heç bir başqa ölkəyə qarşı yönəlməyib. Onun sözlərinə görə, saziş Rusiya və İranın imkanlarını gücləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, sosial məsələləri həll etmək və müdafiə qabiliyyətini təmin etmək məqsədi daşıyır.