
Rusiya Yaxın Şərq və Şimali Afrika ölkələrinə 6 milyard dollar dəyərində hərbi təyinatlı məhsul satıb.
Bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətdən məlumat verilib.
“Son beş ildə bölgəyə hərbi təyinatlı məhsulların ixracatı ildə 6 milyard dollar səviyyəsindən aşağı düşməyib və bu, ümumi ixrac həcminin təxminən 50 faizini təşkil edir”, – məlumatda qeyd olunub.