Rusiya XİN: Azərbaycanla Ermənistan arasında birbaşa təmasların davam etdirilməsini alqışlayırıq

0
332

Rusiya Azərbaycanla Ermənistan arasında birbaşa təmasların davam etdirilməsini alqışlayır.

Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşünün yekunlarını şərh edərkən bildirib.

“Müzakirələrin məzmunu ilə bağlı məlumatlar daxil olmaqda davam edir, ekspertlərimiz onları təhlil edir. Brüssel müzakirələrinin yekunları Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən əvvəlki görüşlərdə əldə olunmuş üçtərəfli razılaşmaların sonrakı həyata keçirilməsinə töhfə verəcək”, – deyə diplomat vurğulayıb.