Rusiya Xarici İşlər Nazirliyinin internet platformalarına genişmiqyaslı DDoS hücumu səbəbindən bugünkü brifinq saat Moskva vaxtı ilə 14:00-a təxirə salınıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA Novosti”-yə bildirib.
Rusiya XİN-in saytı mobil cihazlardan açılmır.
Zaxarova əlavə edib ki, mütəxəssislər resursların funksionallığını bərpa etmək üzərində işləyirlər.