Rusiya vətəndaşlığı almaq istəyən azərbaycanlılara xəbərdarlıq: Araşdırma aparılır

0
83

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib ki, Rusiyada miqrasiya statusu almaq və Rusiya vətəndaşlığına qəbul zamanı xarici vətəndaşlardan rus dilini bilmələrini təsdiqləmək tələb olunur.

Volkun sözlərinə görə, Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanları belə müraciətlərə baxarkən vaxtaşırı rus dilini minimum səviyyədə bilməyən, lakin eyni zamanda müvafiq sertifikatlara malik olan əcnəbiləri müəyyən edirlər.

“Son üç il ərzində daxili işlər orqanları Rusiya Federasiyasında yaşamaq və işləmək üçün icazələrin verilməsi üçün dövlət xidmətləri göstərərkən 14 minə yaxın belə fakt aşkar ediblər.

Bununla bağlı Rusiya Daxili İşlər Nazirliyi mütəşəkkil qrupların, eləcə də uydurma imtahanların keçirilməsində ixtisaslaşan şəxslərin qanunsuz fəaliyyətinin aşkarlanması və qarşısının alınması istiqamətində araşdırma aparır”, – Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

O vurğulayıb ki, sertifikatları olan, lakin rus dilini bilməyən xarici vətəndaşların miqrasiya statusu ilə bağlı müraciətləri rədd edilir və müvafiq məlumat “Rosobrnadzor”a göndərilir.