Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirdi

0
9

Rusiya və Ukrayna arasında BƏƏ-nin vasitəçiliyi ilə 95-95 formatında əsir mübadiləsi aparılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Oktyabrın 18-də danışıqlar prosesi nəticəsində 95 rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazilərdən geri qaytarılıb, bunun müqabilində 95 hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib”, – məlumatda deyilir.

Hazırda Rusiya hərbçiləri Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı yaradılır.