Ukraynanın Kəşfiyyat Xidməti Rusiya üçün cəsusluq edən şəxsi həbs edib.
Bu barədə Ukraynanın Kəşfiyyat Xidmətindən açıqlama verilib. Açıqlamaya görə, şübhəli Ukraynanın gəmi nəqliyyatı sahəsi ilə bağlı məlumatları Rusiya kəşfiyyatına ötürərkən saxlanılıb.
Bildirilir ki, məlumatlar dövlət sirri olub. Həmin şəxsin vətənə xəyanət cinayətinə görə ittiham olunacağı bildirilib.