ABŞ şirkətləri nadir torpaq metallarının hasilatı üzrə Rusiya ilə birgə layihələrdə iştirak etməkdə maraqlıdırlar, lakin hələlik heç bir konkretlik yoxdur.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Onların bəziləri maraq göstərir. Hələlik burada da konkret bir şey yoxdur, lakin maraq açıq şəkildə özünü göstərir. Bu maraq qarşılıqlıdır, çünki söhbət qarşılıqlı faydalı layihələrdən gedə bilər. Bu isə xarici tərəf müqabilləri ilə münasibətlərdə axtardığımız məqamdır”, – Peskov deyib.
Kreml nümayəndəsi Moskva ilə Vaşinqton arasında birgə layihələrə dair heç bir sənədin imzalanmadığını da vurğulayıb. “Xeyr, heç bir sənəd imzalanmayıb. Bilirsiniz ki, sanksiyalar hələ də qüvvədədir, Amerika şirkətləri üçün məhdudiyyətlər qüvvədədir”, – Peskov bildirib.