Rusiya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yeni koronavirus infeksiyası üçün səkkiz vaksin təqdim edəcək.
MK bu barədə ÜST-ün Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vyunoviçin açıqlamasına istinadla xəbər yayır.
Onun sözlərinə görə, Rusiyanın töhfəsi çox böyükdür. 22 may tarixinə qədər istehsalçılar 124 potensial peyvənd təqdim ediblər. Onlar barədə artıq ÜST-ə məlumat verilib:
“Bunlardan 10-u klinik, 114-ü klinikaya qədərki qiymətləndirmə mərhələsindədir”.