Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, son iki gündə bütün ölkə ərazisi yenidən genişmiqyaslı raket və dron hücumlarına məruz qalıb.
“Həmin dronlar arasında İran istehsalı olanlarla yanaşı, digər naməlum dronların da olduğu aşkar olunub”, – deyə jurnalist qeyd edib.
Məlumata görə, ötən gecə Xerson və Donetsk vilayətlərində Rusiya silahlı qüvvələrinin 800 hərbçisi məhv edilib. Onların arasında yüksək rütbəli hərbçilər də var.
O da bildirilib ki, Rusiya ordusunun fevralın 24-nə qədər Baxmut şəhərini tamamilə işğal edib yeni genişmiqyaslı əməliyyata başlayacağı haqqında xəbərlər yayılır.