Rusiya ordusu Ukraynanın Xarkov, Dnepropetrovsk və Odessa vilayətlərinə genişmiqyaslı hava hücumlarına başlayıb.
Ukrayna mətbuatının yazdığına görə, həmin bölgələrə PUA-lardan hücumlar edilir.
Bəzi şəhərlərdə partlayış səsləri eşidilir, hava həyəcan siqnalları davam edir.
Hücumlar nəticəsində dəyən ziyan və insan tələfatı barədə hələlik məlumat verilməyib.