Rusiya Ukraynadan sonra yeni münaqişəyə başlayacaq – ŞOK İDDİA

0
7

Rusiya atəşkəs olsa belə Ukraynada dayanmaq niyyətində deyil və bir neçə ildən sonra yeni münaqişəyə başlamaq istəyəcək.

Bunu Çexiyanın baş naziri Petr Fiala iddia edib. Onun fikrincə, Avropa yaşıl siyasətdən əl çəkməli və müharibəyə hazırlaşmalıdır.

Siyasətçi qeyd edib ki, qitənin təhlükəsizliyi verilən deyil və Avropa yaşıl siyasətdən imtina bahasına olsa belə, mümkün münaqişəyə hazırlaşmalıdır.

“Biz bilirik ki, Rusiyaya yeni müharibəyə hazırlaşmaq üçün 4-6 il lazımdır. Bu vaxt bizim üçün bir şansdır. Rusiyanı çəkindirmək üçün əlimizdə nəsə olmalıdır”, – Fiala bildirib.

Baş nazirin sözlərinə görə, Avropa yaşıl siyasətinə yenidən baxmalı və silahlara sərmayə qoymalıdır.