Rusiya Türkiyədən məhsul idxalını məhdudlaşdırdı

0
314

Rusiya Türkiyə, Misir və İrandan bəzi meyvə-tərəvəz məhsullarının idxalını dayandırıb.

Portağal, üzüm, naringi, nar, limon və bibərin tədarükü məhdudlaşdırılıb. Eyni zamanda, tərəvəz və meyvələrə tam qadağadan söhbət getmir, qadağa yalnız bir neçə xarici müəssisənin məhsullarına aiddir.

Tətbiq edilən məhdudiyyətlərə səbəb müəyyən edilən pestisidlərdən zəhərlənmə riski olub. Həmçinin mağazalara rəflərdəki tərəvəz və meyvələri yığışdırmaq da tapşırılıb.

Eyni zamanda, Çində bəzi fabriklərdə istehsal olunan şokoladlı yumurta, qarğıdalı əriştəsi, vermişel və çips də qadağan edilib. Laboratoriya testləri nəticəsində DNT nümunələrində geni dəyişdirilmiş qarğıdalı və soya aşkar edilib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, qadağa tədarükdə fasilələrə və qiymət artımına səbəb olmayacaq.