
Atəşkəsə nəzarət üçün Ağdamda yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək hərbçilərin sayı bəlli olub.
Mərkəzdə hər iki tərəfdən ümumilikdə 120 nəfər hərbçi xidmət edəcək.
Onlardan 60-ı Türkiyə, 60-ı isə Rusiya hərbçiləridir.