Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranzitinin dayandırılması qitənin enerji təhlükəsizliyi məsələsini gündəmə gətirib.
Bu barədə “Newmoney” portalı yazıb.
Nəşrin məlumatına görə, hazırda Avropa ölkələri öz qaz ehtiyatlarına çox güvənir. “Qazprom”un tranziti dayandırmaq qərarından sonra Mərkəzi Avropada bu tədarüklərə arxalanan bəzi dövlətlər başqa yerlərdən daha bahalı qaz alacaqlar.
Portal qeyd edir: “Bu, bölgənin qış anbar tutumunu son illərdə ən sürətlə tükəndiyi bir vaxtda tədarüklərə təzyiq edir”.
Məqalədə bildirilir ki, tranzit dayanması Avropanın Rusiya Federasiyasından asılı olaraq qaldığını göstərdi və Aİ ölkələrinin Rusiyadan tədarükdən imtinaya yanaşmasında çatışmazlıqlar var. Bütün bunlar qlobal qaz bazarında yaranmış gərgin vəziyyət fonunda baş verir.