Rusiya tarixində ilk dəfə bu şəhərdə parad keçirdi

0
416

Rusiya tarixində ilk dəfə Kaspiyskdə Hərbi Dəniz Donanması Gününə həsr olunmuş parad keçirilib.

Bu barədə Cənub Hərb Dairəsindən məlumat verilib.

“Tarixdə ilk dəfə olaraq Dağıstanın sahil şəhəri olan Kaspiyskdə Hərbi Dəniz Donanması Gününə həsr olunmuş hərbi-dəniz paradı keçirilib”, – məlumatda qeyd olunub.

Paradda “Mahaçqala”, “Həştərxan”, “Volqa-Don” gəmiləri də iştirak edib.