2023-cü il dekabrın 11-də Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə məxsus BTR-82-nin dağ yolundan çıxaraq dərəyə aşması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, iki hərbçi isə orta və ağır xəsarətlər alıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib.
Xəsarət alan hərbçilər sonrakı müalicə üçün hava yolu ilə Rusiyaya aparılıblar.