Rusiya səfiri: “Estoniya aktiv şəkildə silahlanır, kiminlə döyüşməyi planlaşdırır?”

0
198

“Qərb ölkələri Estoniyanı ən müasir adi silah növləri ilə təchiz etməyi planlaşdırır. Bu silahlar vasitəsi ilə Sankt-Peterburqu hədəf altında saxlamaq olar”.

Bu sözləri Rusiyanın Tallindəki səfiri Vladimir Lipayev “Solovyev Live” telekanalının efirində deyib.

“Estoniya aktiv şəkildə silahlanır, amma səbəbi məlum deyil. Buraya adi silahların ən müasir növlərinin gətirilməsi nəzərdə tutulur ki, bu silahlar Sankt-Peterburqu hədəf altında saxlamağa qadirdir. Orta mənzilli raket əleyhinə müdafiə sistemi yaradılır. İstər-istəməz sual ortaya çıxır: Estoniya kiminlə döyüşməyi planlaşdırır?”, – deyə o qeyd edib.