Rusiya qoşunları 16 istiqamətdən irəliləyir: Ukrayna bu şəhəri təslim edir

0
171

Avdeyevkanı saxlamağa çalışan ukraynalı komandirlər xəbərdarlıq ediblər ki, Ukrayna Silahlı Qüvvələri Qərbdən əlavə yardım almasa, bir neçə günə şəhəri itirəcək və böyük itkilər verəcəklər.

Bu barədə “The İndependent” məlumat yayıb.

“Vəziyyət çox çətindir, çox çətindir”, – nəşr Avdeyevkanın Ukrayna hərbi administrasiyasının rəhbəri Vitali Barabaşdan sitat gətirib. O, hələlik Ukrayna qoşunlarının şəhərdə mövqelərini saxladığını qeyd edib. Eyni zamanda Barabaş vurğulayıb ki, Qərbdən yardım gəlməsə, bu, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti arasında böyük itkilərə səbəb olacaq. “Müdafiə xətti dəyişə bilər və bu, ağılsız itkilərə səbəb olacaq”, – nəşr Barabaşa istinadən yazıb.

O, həmçinin bildirib ki, rus qoşunları indi demək olar ki, 16 istiqamətdən Avdeyevkaya doğru irəliləyir, bunlardan ən mühümləri Avdeyevka koks zavodu və Stepovskoe istiqaməti, eləcə də Pervomaysk, Opıtnoye, Vodyanoye istiqamətləridir.