Rusiya qərar verdi: 14 yaşlılar da silaha sarılır

0
68

Rusiyada Ordu, Aviasiya və Hərbi Dəniz Qüvvələrinə Könüllü Yardım Cəmiyyətinə (DOSAAF) qəbul üçün yaş həddi 18-dən 14-ə endirilib.

Bu barədə TASS yazır.

Sənədə əsasən, DOSAAF-ın üzvləri siyasi partiyalar və dini qurumlar istisna olmaqla, 14 yaşına çatmış Rusiya vətəndaşları, habelə məqsədləri təşkilatın məqsədlərinə uyğun gələn hüquqi şəxslər ola bilərlər.

Bundan əlavə, qeyd olunur ki, DOSAAF rusları “silahlı hücum zamanı özlərini müdafiə etməyə” hazırlayacaq və ehtiyatda olan vətəndaşların bacarıqlarını qoruyacaq.

Qeyd edək ki, DOSAAF ictimai-dövlət təşkilatıdır və məqsədi ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsinə yardım etməkdir. Birlik hərbi-vətənpərvərlik tərbiyəsi, hərbi ixtisaslara hazırlıq, aviasiya və texniki idman növlərinin inkişafı və digər vəzifələrlə məşğul olur.