Rusiya peyki naməlum obyekti orbitə çıxardı

0
60

Bu ilin fevralında Plesetsk kosmik stansiyasından buraxılan üç Rusiya peykindən biri naməlum obyekti orbitə çıxarıb.

Bu, kosmos təqibi üzrə ekspertlər və analitiklər arasında marağa səbəb olub.

Amerikalı astrofizik Conatan Makdauellin sözlərinə görə, mart ayında Rusiya peyki, ehtimal ki, 2583 nömrəli “Kosmos” orbitə naməlum obyekt çıxarıb.

Hərbi rəsmilərin və analitiklərin fikrincə, orbitə buraxılan obyekt bir sıra məqsədlər üçün istifadə oluna bilər, o cümlədən dok və klaster uçuş texnologiyaları, kəşfiyyat və ya peyk əleyhinə silahların sınaqdan keçirilməsi üçün.

Üç “Kosmos” kosmik gəmisinin və onların yeni peykinin orbitdə necə saxlanılacağı hələlik məlum deyil.