
Rusiyada “Soyuz-2.1b” raketi kosmosa uğurlu çıxış edib.
Bununla bağlı Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.
Raketin 2 fevralda Moskva vaxtı ilə saat 23:45-də Arxangelsk vilayətindəki Plesetsk kosmodromundan qalxdığı bildirilir.
Onun vasitəsi ilə orbitə yeni hərbi peykin buraxıldığı qeyd edilir.
Qısa müddətdə Rusiya Aerokosmik Qüvvələri cihazı nəzarətə götürüb. Ona “Kosmos-2549” seriya nömrəsi verilib.