Rusiya onları müharibəyə göndərirdi: Onlarla məhbus poliqondan qaçdı

0
13

Rostov vilayətində onlarla müqaviləli məhbus müharibəyə göndərilməzdən əvvəl təlim keçdikləri hərbi poliqondan qaçıblar.

Bu barədə mənbəyə istinadən “161.ru” məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, növbəti təlim günü başlayana qədər əsgərlər formalarını almağa gəlməyiblər. Mənbə vurğulayıb ki, onların üzərində heç bir silah olmayıb.

Artıq 4 qaçaq tapılıb – onlar Rostov vilayətini tərk edərkən, demək olar ki, dərhal saxlanılıblar. Qalan müqaviləli əsgərlər axtarılır. Nəşrin məlumatına görə, onlar mayın 8-dən 9-a kimi poliqondan qaçıblar.

Bundan əvvəl yüzdən çox məhbusun Krasnodardakı hərbi hissədən qaçmağa cəhd etdiyi məlum olub . Əsgərlər hasarı sındıraraq hərbi komendaturanın ərazisinə daxil olublar.