Rusiya nüvə sınaqlarına başlaya bilər – Putin TƏSDİQLƏDİ

0
680

Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (CTBT) ratifikasiyasını rəsmən geri götürüb.

Müvafiq sərəncamı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzalayıb.

Vladimir Putinin imzaladığı fərmanın mətnində deyilir: “”CTBT-nin ratifikasiyası haqqında” 27 may 2000-ci il tarixli Federal Qanunun 1-ci maddəsi ləğv edilsin”. 

Valday klubunun plenar iclasında Putin bəyan edib ki, Rusiya CTBT-nin ratifikasiyasını geri götürməyi nəzərdən keçirə bilər. Bundan sonra qanunvericilik prosesinə start verilib.

Əvvəllər bu sənədin nüvə sınaqlarını qadağan edən əsas beynəlxalq hüquqi sənədə çevriləcəyi güman edilirdi. Bununla belə, CTBT heç vaxt qüvvəyə minməyib. ABŞ da daxil olmaqla 8 ölkə onu ratifikasiya etməyib.