Rusiya müdafiə xərclərini 4 milyard azaldır

0
584

Rusiyanın “Ölkə müdafiəsinin təmini” dövlət proqramının növbəti üç ilə olan maliyyələşdirmə həcmi 323 milyard rubla qədər (4 milyard dollardan çox) azaldıla bilər.

Bu, Rusiya Maliyyə Nazirliyinin təklif etdiyi sənəddə əksini tapıb.

Bundan əlavə, “Müdafiə-sənaye kompleksinin inkişafı” dövlət proqramı üçün maliyyənin azaldılması da təklif olunur.

Yaxın üç ildə “Dövlət təhlükəsizliyinin təmini” proqramı üzrə xərclər də azala bilər.