Rusiyada qismən səfərbərlik çərçivəsində çağırış vərəqələrinin hazırlanması və çatdırılması üzrə fəaliyyətlər dayandırılıb.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirlib ki, Rusiyada qismən səfərbərlik çərçivəsində ehtiyatdan çağırış da sona çatıb.
Bundan əlavə, səfərbərliyə cəlb olunmuş hərbi komissarlıqların bütün şəxsi heyətinə adi qaydada öz vəzifələrinə qayıtmaq əmri verilib.