Rusiya miqrant axınını məhdudlaşdırmaq üçün bu yola əl atacaq

0
56

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün “Telegram” kanalında miqrasiya sahəsində işlənib hazırlanan qanunvericilik təşəbbüsləri barədə məlumat verib.

Volodin hazırda bu məsələ ilə bağlı 28 qanun layihəsinin baxılma mərhələsində olduğunu açıqlayıb.

“Bu gün bu mövzuda 28 qanun layihəsi müzakirə olunur ki, onlardan 6-sı avqustda təqdim olunub. Təklif olunur: aşağı ixtisaslı əmək miqrantlarına ailələrini, qohumlarını, yaxınlarını ölkəmizə gətirmələri qadağan edilsin; Rusiya Federasiyasının ərazisinə daxil olan xarici vətəndaşların barmaq izinin qeydiyyatı öhdəliyini tətbiq etmək; əcnəbi vətəndaşlar üçün bəzi iş növlərinə, o cümlədən tibb və təhsilə məhdudiyyətlər tətbiq edilsin”, – deputat qeyd edib.

Dövlət Dumasında siyasi fraksiyaların nümayəndələri bu təşəbbüsləri dəstəklədiklərini bildiriblər.

Volodin xatırladıb ki, bu il parlamentin aşağı palatası miqrasiya məsələsini tənzimləyən 6 qanun qəbul edib.