Ukraynalılar iqtisadiyyatı bərpa etmək və ölkənin təhlükəsizliyini təmin etmək üçün Krımı qaytarmalıdırlar.
Bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hodces bildirib.
“Rusiya Krımı saxladıqca Ukrayna heç vaxt təhlükəsiz olmayacaq və iqtisadiyyatını bərpa edə bilməyəcək ”, – deyə amerikalı general deyib.
Hodces qeyd edib ki, Krım bu müharibə üçün kritikdir. Təqaüddə olan hərbçinin sözlərinə görə, getdikcə daha çox Ukrayna təkcə Krımın qaytarılmasının zəruriliyini deyil, həm də bu ssenarinin mümkünlüyünü dərk edir.
2022-ci ilin noyabrında Hodces Ukrayna Silahlı Qüvvələrinin Krıma 2023-cü ilin qışında yaxınlaşa biləcəyini proqnozlaşdırmışdı. Onun sözlərinə görə, Amerikanın çoxşaxəli raket sistemləri (MLRS) HIMARS rus qoşunlarının yerləşdirildiyi Xersonda yerləşdirilə bilər