Rusiya koronadan bu tarixdə xilas olacaq

0
569

Rusiya 2021-ci ilin iyununa qədər bütövlükdə koronovirusdan qurtula bilər.

Bu sözləri Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatlar Mərkəzinin direktoru Aleksandr Gintsburq deyib.

Onun sözlərinə görə 12 ay ərzində koronovirus əleyhinə azı 80 milyon doza həcmində vaksinin hazırlanması mümkündür, bu isə öz növbəsində epidemioloji prosesin qarşısını almaqda kömək edəcək.

Gintsburq bildirib ki, Qamaleya İnstitutu oktyabr ayından etibarən ayda 600-700 minə qədər, “Binnofarm”, “R-farm” və “Generium” isə 5 milyon peyvənd istehsal edə biləcək.