Rusiya Kiyevə zərbə endirdi – Ölənlər və yaralılar var

0
11

Rusiya Silahlı Qüvvələrinin Kiyevə genişmiqyaslı hücumu nəticəsində azı 2 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Bunu şəhər meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan 6-sı uşaqdır.

“Paytaxtda iki nəfər ölüb, 54 sakin isə xəsarət alıb. Yaralıların 38-i, o cümlədən 6 uşaq xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə köməklik göstərilib”, – deyə Kliçko qeyd edib.